İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın şimalındakı Ərbil şəhərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub.
-nın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qurbanlar arasında ABŞ hərbçiləri və ya koalisiya qüvvələrinin olmadığı qeyd edilir. Eyni zamanda koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında 3 pilotsuz təyyarəni vurub.
***
04.53
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Ərbil şəhərində (İraqın şimalı) anti-İran qruplaşmalarının mövqelərinə hücum edib.
-nın məlumatına görə, bu barədə İRNA agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İraqın Ərbil şəhərindəki konsulluğuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Amerika diplomatik missiyasının yaxınlığındakı 8 obyektə hücum edilib. Xüsusilə, ABŞ Konsulluğu ərazisində və ərazisində Amerikanın “Hərir” hərbi bazasının yerləşdiyi beynəlxalq hava limanında partlayış səsləri eşidilib.
“İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casusların qərargahı SEPAH-ın ballistik raketlərinin hücumuna məruz qalıb və məhv edilib” – agentlik bildirib.