Bir qrup KİV və QHT nümayəndəsinin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
M Ü R A C İ Ə T İ
Hörmətli cənab Prezident!
Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində tarixin ən böyük Zəfərinə imza ataraq, işğal altında olan torpaqlarımızı azad etməklə, dünyanın qalib ölkələri siyahısında öz layiqli yerini tutub. Azərbaycan Avropa və Asiya dövlətləri arasında yeganə ölkədir ki, son 40 ildə öz ərazi bütövlüyünü hərbi yolla bərpa edib.
Torpaqlarımızın azadlığı uğrunda minlərlə Azərbaycan övladı canını fəda edərək, şəhidlik zirvəzinə ucalıb, minlərlə əsgərimiz yaralanıb, sağlamlığını itirib.
Bu qələbədən sonra Azərbaycan üçün yeni bir mərhələ başlayıb. Azad olunmuş Qarabağ torpaqlarında genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb, ölkə həmin rayonlardan olan sakinlərin doğma torpaqlarına Böyük Qayıdışını səbirsizliklə gözləyir.
Cənab Prezident!
Bu gün bir qrup media və QHT nümayəndəsi Sizə müraciət edərək, Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı ilə inşa edilmiş üçüncü binadakı mənzillərin Şəhid və Qazi ailələrinə verilməsini təklif edib.
Hər şeydən əvvəl qeyd etmək istəyirik ki, bu müraciətin kənardan idarə olunan qərəzli və çirkin kampaniyanın tərkib hissəsi olduğu və həmin müraciətin arxasında media təmsilçilərini dövlət başçısının əleyhinə qaldırmaq məqsədinin dayandığı şübhə doğurmur.
Xatırlatmaq istərdik ki, ölkədə indiyə qədər 10 mindən çox şəhid və qazi ailəsi mənzillə təmin olunub və bu siyasət sabit ardıcıllıqla davam etdirilir.
Jurnalistlər üçün inşa olunan 3-cü binadakı mənzillərin Şəhid və Qazi ailələrinə verilməsi ilə bağlı müraciətin müəllifləri, eyni zamanda, jurnalistlərlə Şəhid və Qazi ailələrini üz-üzə qoymağa çalışırlar. Əgər o müraciəti imzalayan və özlərinin bir neçə mənzili olan şəxslər bu mövqelərində səmimi olsaydılar, heç olmazsa, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü yollanan jurnalistlərə mənzil verilməsini təklif edərdilər.
Cənab Prezident!
Biz haqqında danışılan müraciətə qəti etirazımızı bildirir və bunu Azərbaycan Respublikasını Şəhid və Qazi ailələrini himayə etməyən, onlara qayğı göstərməyən dövlət olaraq göstərmək cəhdi kimi qiymətləndiririk. Eyni zamanda, bu təhlükəli planın ilk növbədə Azərbaycan Prezidentinin əleyhinə yönəldiyini diqqətə çatdıraraq, bu saxta kampaniyanın dayandırılmasını tələb edirik. İnanırıq ki, çoxsaylı jurnalistlərin mövqeyini əks etdirən bu müraciətimizə həssaslıqla yanaşacaq və bu çərçivədə başladılan spekulyativ cəhdlərin qarşısını qətiyyətlə alaraq, sözügedən binadakı mənzillərin illərlə xoş xəbər gözləyən jurnalistlərə hədiyyə olunmasını təmin edəcəksiniz.
İmzalar:
P.S. Müraciət imzalamaq üçün açıqdır.
1. Flora Xəlilzadə – Əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü
2. Əntiqə Qonaq – Əməkdar jurnalist, müharibə veteranı, hərbi yazar
3. Rəsul Mirhəşimli – Avropa.info xəbər portalının baş redaktoru, Qarabağ müharibəsi veteranı
4. Araz Zeynalov – Yenicag.az saytı
5. Rəhman Orxan – Əməkdar jurnalist
6. Büllur Məmmədova -Mədəniyyətin və Milli Ənənələrin Təbliği İB, sədr
7. Bəxtiyar Məmmədli – “Kaspi” qəzeti, şəhid oğlu
8. Seymur Verdizadə – Jurnalist Araşdırmaları Mərkəzinin sədri
9. Aynurə Qafarova (Vəliqizi) – Əməkdar jurnalist
10. Zöhrə Əliyeva – ”Mədəniyyət / Culture” jurnalının, medeniyyet.info saytının baş redaktoru, Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi
11. Elnarə Dərziyeva – Əməkdar jurnalist
12. Rəşad Rəşidov – İkinci Qarabağ müharibəsi iştirakçısı, bölgə müxbiri
13. Nahid Salayev – Jurnalist, İkinci Qarabağ savaşının veteranı
14. . Mehrəliyeva Sevda – Əməkdar jurnalist, “Azərbaycan Milli Ensiklopediyasi” Elmi Mərkəzinin “Təhsil, mətbuat, televiziya, internet, turizm və idman redaksiyası”nın müdiri
15. Şəmsiyyə Kərimova – Əməkdar jurnalist, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru
16. Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV
17. Şəfayət Avılbəyli – Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi.
18. Səxavət Məmməd – Yenicag.az saytı
19. Ruslan Bəşirli – Avropa.info saytının təsisçisi və direktoru
20. Elvin Basqallı – Space TV, aparıcı
21. Mətanət Əsgərqızı (Cəfərova) – Müstəqil jurnalist, Yeni Zaman TV- nin rəhbəri
22. Məhəmmədəli Qəribli – “Bakı-Xəbər” qəzeti
23. Anar Bayramoğlu – “Ayna” qəzetinin əməkdaşı.
24. Arzu Zeynallı – Versus.az saytının baş redaktor müavini
26. Rafq Şalbuzov – Xaçmaz müstəqil telaradio şirkətinin radio üzrə redaktoru
27. Əzizə İsmayılova – Jurnalist, radioaparıcı
28. Elşən Əlisoy – jurnalist
29. Səbuhi Abbasov – 7news.az saytının baş redaktoru
30. Bəxtiyar Səlimov – Türküstan Media Qrupu, redaktor
31. Aygün Muradxanlı – Prime TV, jurnalist
32. Fariz Quliyev – ArazMedia
33. Sayad Həsənli – Yenisabah.az saytı
34. Kamil Balakişiyev (Eldaroğlu) – jurnalist
35. Zaur Əhməd – “Unikal” qəzeti və Unikal.org xəbər portalının baş redaktoru
36. Kamil Həmzəoğlu (Həmidov) – Etikxeber.az saytının baş redaktoru
37. Günel Yaz – TürkMedia.az saytının təsisçisi və Baş redaktoru
38. Müşfiq Abdulla – “Cümhuriyət” qəzeti
39. Akif Nəsirli – “Paralel” qəzeti
40. Əlabbas Məhərrəmli – Şərhçi
41. Xanoğlan Əhmədov – “İlkxəbər” saytının baş redaktoru, Media və Mülki Cəmiyyət İB-nin sədri
42. Emin Fərzəliyev – Busaat.az saytının baş redaktoru
43. Həbibə Abdulla – AFN.az saytının əməkdaşı
44. Nicat Novruzoğlu – “Ədalət” qəzeti
45. Sevda Əsgərova – müstəqil jurnalist
46. Fərqanə Allahverdiqızı – jurnalist
47. Səbuhi Qafarov – AFN.az saytının baş redaktoru.
48. Firuzə Əsadullayeva – jurnalist
49. Xəyalə Süleymanqızı – “Fakt-Araşdırma -Təhlil” Analitik İnformasiya Agentliyi, icraçı direktor
50. Turan Etibaroğlu – jurnalist
51. Zaur Sarıyev – “Araz Media” baş redaktor müavini
52. Fariz Quliyev – “Araz Media” baş redaktor
53.Azad Əliyev – “Həftə içi” qəzetinin redaktoru
54. Gülnarə Kərimova – jurnalist
55. Gunel Musa – jurnalist
56. Vəfa Fərəcova – Kanal 13 TV əməkdaşı
57. Vüsalə Hüseynli – İslahatçı Qadınlar və İnnovasiya İB
58. Fərid Ədalət – müstəqil jurnalist
59. Aida Eyvazlı – jurnalist
60. Zülfiyyə Qurbanova – jurnalist
61. Cəsarət Hüseynzadə, QHT.az saytının baş redaktoru
62. Famil Cəfərli – veteran jurnalist
63. Laçın Səmla – Müstəqil jurnalist
64. Tağı Kərimli – Müstəqil jurnalist
65. Tebriz Vəfalı – jurnalist
66. Gülnaz Qənbərli – Hərbi jurnalist, azadmediatv.com
67. İradə Sarıyeva – “Bakı xəbər” qəzeti
68. Babək Cahandarov- jurnalist
69. Rövşən Kəbirli – Jurnalist
70. Amil Hacıyev – Telejurnalist
71 Rufik İsmayılov – jurnalist
72. Səxavət Həmid – jurnalist
73. Nuranə Daxilqızı – jurnalist
74. Ceyhun Musaoğlu – Rupor.az saytı, baş redaktor
75. Ülviyyə Quliyeva – jurnalist
76. Gülcahan Mirmahmud – “Mədəniyyət” qəzetinin müxbiri
77. Elşən Əlisoy – Sözcü.az saytının redaktoru
78. Araz Əhməd – jurnalist
79. Anar Turan – “Xalq qəzeti”nin siyasət müxbiri, newsmedia.az xəbər portalının təsisçisi
80. Tahir Abbas – MillətinSəsi.info saytının təsisçisi və baş redaktoru
81. Rəhilə Misirxanova – jurnalist
82. Giya Paçxataşvili – şair-publisist, tərcüməçi.
83. Cəmil Məmmədli – Müstəqil jurnalist
84. Rüfət Sultan – “Qaynarinfo.az saytı
85. Aygün Məmmədova – Qafqaz-Media.az saytının redaktoru
86. Gülnarə Məmmədova – jurnalist
87. Pərvin İsmayılova – Space TV, redaktor
88. Bahar Rüstəmli – Qaynarinfo.az saytı
89. Təbriz Məhərrəmoğlu – Yenigundem.az saytı, şef-redaktor
90. Bəhruz Salmanov – Bakıvaxtı.az saytı, redaktor
91. Nazilə Nəriman – veteran jurnalist
92. Rasim İsmayılov – Space TV, böyük redaktor
93. Mürtəza Bünyadlı – Olke.az saytı
94. Nəsimi Şərəfxanlı – “Yeni Cumhuriyyət” qəzetinin Baş redaktoru
95. Tağı Türk – Yazar
96. Dəyanət Osmanlı – Atatürk Mərkəzi, baş redaktor
97. Məhəmməd Türkmən – Minval.az saytı, şef-redaktor
98. Səlim Babayev – Yeniavropa.az saytı, şef-redaktor
99. Tahirə Qafarlı – Versus.az saytı, baş redaktor
100. Elbəyi Həsənli – Veteran jurnalist
101. Ülviyyə Heydərova – jurnalist
102. Nizami Xəzər Hasiloğlu – Baku TV
103. Cəfər Cəfərov – Asiya.az saytı, baş redaktor
104. Törə Əhmədova – AFFA, PR-menecer
105. Elşən Feyzullayev – rejissor, Xəzər TV
106. Adil Adilzadə – Sabahinfo.az saytının direktoru
107. Razi Abasbəyli – Gundeminfo.az satının təsisçisi
108. Elvin Güloğlanoğlu – TV-jurnalist
Azadmediatv.com
109. Hüseyn İsgəndərov – “Unikal” qəzeti
110. Coşqun Abdullayev – Saat24.az saytı
111. Elnarə Kərimova – Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti, redaktor
112. İlahə Əliyeva- “Ziyalı Ocağı” İctimai Birliyinin sədri və eyni adlı jurnalın baş redaktoru
113. Günel Cəlilova – “Bakı-Xəbər” qəzeti
114. Aqil Bəkir – Yenicag.az saytı
115. İlqar tağıyev – Het-trik news saytı
116. Nurlan Cəfəri – Müstəqil jurnalist
117. Elnurə Abuşova – jurnalist
118. Elməddin Muradlı – Avtosfer.az saytının baş redaktoru
119. Emin Nəbili Ucnoqta.az saytı
120. Azadə Balayeva – Space TV Xəbərlər Departamentində məsul redaktor
121. Fəxriyyə Abdullayeva – Müstəqil jurnalist
122. Nüşabə Hüseynli – Jurnalist
123. Aygün Həsənoğlu – Musteqil.az saytı, araşdırmaçı-yazar
124. Rövşən Atakişiyev – “Xalq qəzeti”
125. Əli Musa – rezonans.az saytının baş redaktoru
126. Elçin Rəhimzadə – “Bumerang Media”
127. İlqar İlkin – “Birlik” jurnalı, baş redaktor
128. Zaur Qafarov – realxeber.org saytının rəhbəri
129. Mahir Ələkbərov (Xəttab) – AZADİNFO.az İnformasiya Agentliyinin Baş Direktoru
130. Zeynab Kazımova – Fransizdilli jurnalist, Azərbaycanın yeganə fransizdilli Le Carrefour (Yol qovsağı) qəzetinin təsiscisi
131. Həmidə Rüstəmova – “Mədəniyyət” qəzeti, müxbir
132. Mintac Elsevər – AZTV-də redaktor
133. Elçin Xalidbəyli – “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri
134. Bakir Həsənbəyli – Conflict.az saytının baş redaktoru
135. Nəzirməmməd Zöhrablı (Quliyev) – Jurnalist-publisist. Şəhidlərimiz barədə iki kitabın müəllifi
136. Məhəmməd Əsədullazadə – Cənubi Qafqaz Araşdırma Mərkəzi, sədr
137. Anar Rəsullu – Sözcü.az saytının direktoru
138. Şöhrət Eldəniz – Vision TV-nin baş redaktoru
139. Xuraman Süleymanova – Jurnalist
140. Elşad Paşasoy – “Yeni Müsavat” qəzeti, müxbir
141. Nahid Canbaxışlı – Veteninfo.az saytının direktoru
142. Arifə Əliyeva – Jurnalist, Reportyor.info
143. Yuliya Qoldvard – Dedektivinfo.com saytında redaktor
144. İlahə Vəliyeva – Jurnalist
145. Aygün Həsənoğlu – Müstəqil araşdırmaçı-yazar, filologiya üzrə fəlsəfə doktoru, Qarabağ mövzusunda 4 kitabın, 74 məqalə müəllifi. Türkiyədəki Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri
146. Elgün Mənsimov – Trend İnformasiya Agentliyi, redaktor
147. Elçin Mirzəyev – İctimai Televiziya, Xəbərlər departamentinin jurnalisti
148. Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
149. İlqar Həsənov – Jurnalist
150. Gülşən Məmmədoğlu – Müstəqil jurnalist, araşdırmaçı yazar
151. Güllər Bəhrəmova – Turanxeber.az saytının baş redaktoru
152. Sevil Gültən – Tərcüməçi
153. Rey Kərimoğlu – Qarabağ qazisi, jurnalist
154. İgid Teymurlu – “Tv 713.az” saytının təsisçisi və baş redaktoru, Qarabağ Qazisi
155. Faiq Balabəyli – Jurnalist. Müstəqil.Az saytının təsisçisi və baş redaktoru
156. Nurəddin Ədiloğlu – yazıçı -jurnalist
Tv 713. az