KİV: “Okampo heç vaxt Qarabağda olmasa da, Azərbaycan əleyhinə hesabat yazıb”

KİV: “Okampo heç vaxt Qarabağda olmasa da, Azərbaycan əleyhinə hesabat yazıb”

“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Qarabağın erməniəsilli sakinlərinin qondarma “soyqırımı” ilə bağlı “ekspert rəyi” cəmi 9 gün ərzində hazırlanıb, halbuki Okamponun özü bir dəfə də olsun qondarma “soyqırımı”nın baş verdiyi yerə getməyib.

“Report” xəbər verir ki, bu barədə “EU Today”də dərc olunan məqalədə deyilir.

Bir çox beynəlxalq KİV (“EU Today”, “Wprost”, “Sofiaglobe”, “Jauns”, “Telegraf”, “Informator”, “Focus”, UNİAN və bir çox başqaları) beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert, “Temple Garden Chambers” hüquq şirkətinin müşaviri olan Rodni Diksonun Okamponun Azərbaycan əleyhinə hesabatına cavabına diqqət ayırıb.

Okamponun 2012-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsindən istefaya getdiyini, o vaxtdan onun adının dünya KİV-ində yalnız korrupsiya qalmaqalları ilə və cinayətkarların maraqlarını ört-basdır etmək kontekstində hallandığını nəzərə alsaq, həmin şəxsin sözlərinin heç bir çəkisi yoxdur. Bunu anlayan və onun məqaləsinə cavab verənlərdən biri də Rodni Diksondur.

“EU Today” qeyd edir ki, Diksonun Okamponun hesabatı ilə bağlı gəldiyi nəticə özündə hesabatda yer alan iddiaların etibarlılığını və əsassızlığını nümayiş etdirən beş əsas qeydi ehtiva edir.

Ekspert müxtəlif arqumentlər, o cümlədən də sənədin nəyə görə ciddi nəzərdən keçirilməyə layiq olmadığına dair arqumentlər gətirir, amma ən mühüm arqument kimi beynəlxalq hüquq nöqteyi-nəzərindən soyqırımından söhbət belə gedə bilməyəcəyini göstərir.

Öz növbəsində Yunanıstanın “Themanews” agentliyi Diksonun daha bir mühüm qeydini – hesabatlarda “faktlara” münasibətdə aydın görünən ayrı-seçkiliyi vurğulayır. Okampo qondarma “soyqırımı”ndan danışır, amma humanitar yüklərin daşınması üçün başqa bir marşrutun – Ağdam-Xankəndi marşrutunun olması barədə bir kəlmə də demir.

Latviyanın “Jauns” nəşri yazır ki, Ermənistan beynəlxalq hüquq üzrə ekspert mövqeyindən razı qalmayıb və avqustun 11-də BMT Təhlükəsizlik Şurasından Diksonun “yalan” adlandığı Okampo hesabatı əsasında bu məsələ ilə bağlı təcili iclas çağırmağı istəyib.

Ukrayna, Gürcüstan, Bolqarıstan, Polşa, Litva və Moldova KİV-lərində də Okamponun hazırladığı hesabatın qərəzli olması ilə bağlı yazılar öz əksini tapıb.

Share: