Rusiya silah axtarışında dünyanı gəzir və çox güman ki, onları qeyri-qanuni olaraq Suriyadan tədarük edir.
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər verib.
Qeyd edilir ki, iyul ayında Rusiyanın sanksiyaya məruz qalan “Sparta II” gəmisi Suriyadan Novorossiyskə reys həyata keçirib, oraya təxminən 11 ədəd hərbi texnika aparıb. Nəşrə görə, Suriyadan silah tədarükü Krımdakı silah ehtiyatlarını artırmalıdır. Beləliklə, Rusiya Ukraynanın mümkün əks-hücumundan əvvəl Xersonda və Zaporojye istiqamətində müdafiəni gücləndirmək istəyir.
Məlumatda o da bildirilir ki, Rusiya Federasiyası üçün başqa bir silah tədarükçüsü uzaqmənzilli reaktiv yaylım sistemlərinə malik olan Şimali Koreya ola bilər.