Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ modelyer həyat yoldaşı Başak Dizerə ikinci dəfə evlilik təklifi edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bu sürprizi birlikdə tətilə yollanarkən edib.
O, bunun üçün qayığın üzərinə “Bir həyata hə deyərsənmi, sevdiyim?” sözlərini yazdırıb.
Qeyd edək ki, cütlük 7 ildir ailəlidir. Onların 1 yaşlı oğlu var.