Bu gecə Ukraynanın paytaxtı Kiyev atəşə tutulub, nəticədə bir neçə rayona raket qalıqları düşüb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko deyib.
O bildirib ki, raketin qalıqları Obolonski, Darnitski və Şevçenko rayonunlarının ərazisinə düşüb.
Hələlik ölənlər və dağıntılar barədə rəsmi məlumat yoxdur.