Kiyev və Ukraynanın bir neçə şəhərində hava hücumundan xəbərdarlıq elan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
O bildirib ki, şəhərdə ard-arda partlayışlar baş verib:
“Dağıntılarda bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
***
Kiyevin atəşə tutulması nəticəsində ölənlərin sayı artıb.
Kliçkonun sözlərinə görə, hadisədə üç nəfər ölüb, doqquz nəfər yaralanıb.
Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.