Kiyev Şəhər Şurası paytaxtda 26 obyektin adını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçko teleqram kanalında yazıb.
O bildirib ki, metronun “Drujby narodov” stansiyasının adı dəyişdirilərək “Zverinetskaya” stansiyası, Lev Tolstoy meydanı “Ukrayna Qəhrəmanları Meydanı”, “Prospekt Pravdı” layihə stansiyası “Varşavskaya” stansiyası olaraq dəyişdirilib.
Kliçkonun sözlərinə görə, onlar həmçinin Kiyevin müxtəlif rayonlarında bir neçə küçə və xiyabanların adını dəyişdiriblər.
Ümumilikdə Ukrayna paytaxtında 314 şəhər obyekti yeni ad alıb.