Kiyevin atdığı addım müharibə elanına bərabər oldu…

Ali Radaya Rusiya şirkətləri və bankların Ukraynadakı əmlakının milliləşdirilməsi haqqında qanun layihəsi daxil olub.

Müstəqil.az UNİAN agentliyinə istinadən xəbər verir ki, layihənin müəllifi “Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Roman Zvarıçdır.

Qanun layihəsinin izahedici qeydində bildirilir ki, qanunverici səviyyədə belə addım “təcavüzkar dövlət”lə təsərrüfat fəaliyyətini həyata keçirən hüquqi şəxslərə qarşı sektor sanksiyalarının tətbiq etmə imkanı verəcək.

Qanun layihəsi müvafiq komitəsinin müzakirəsinə verilib.

Share: