“Kiyevin “çirkli bomba” yaratması ehtimalı məsələsi bağlanmayıb”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.
O bildirib ki, Rusiya tərəfi isə bu məsələdə əlavə addımlar atmaq niyyətində deyil:
“Məsələ bağlanmayıb, amma mənə elə gəlir ki, biz kifayət qədər güclü qabaqlayıcı siqnal göndərdik, ümid edirəm ki, bu, faydalı olacaq. Əlavə addımlar atacağımız isə məlum deyil”.