ABŞ-nin keçmiş prezidenti Bill Klinton Donald Trampı ələ salaraq onu “haqqı verilməli olan yaxşı aktyor” adlandırıb.
MÜSTƏQİL.AZ xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Çikaqoda ABŞ Demokratlar Partiyasının milli qurultayının iştirakçıları qarşısında çıxışı zamanı deyib.
Bu qiymətləndirməyə səbəb Trampın onun administrasiyası dövründə ölkənin Rusiya və Şimali Koreyanın hörmətindən istifadə etməsi ilə bağlı sözləri olub.
1993-2001-ci illərdə Klinton ABŞ prezidenti olub, seçkilərdə Demokratlar Partiyasını təmsil edib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
MÜSTƏQİL.AZ