Köçəryan da geri çəkildi: “Müharibə qeyri-mümkündür, Qarabağ…”

Köçəryan da geri çəkildi: “Müharibə qeyri-mümkündür, Qarabağ…”

“Robert Köçəryan Azərbaycanın yaratdığı reallıq qarşısında baş əydi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistanın ikinci prezidentinin bölgədəki son proseslərə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Ordumuz tərəfindən sındırılmış Robert Köçəryan rusiyalı jurnalist Poznerə müsahibə verib. Robertin vəziyyətinə baxıb onun düşdüyü aciz durumdan fərəh hissi duydum. Milyonların qarşısında əzilmiş, ruhu ölmüş bir Robert təsiri bağışladı. Prezident İlham Əliyevin Köçəryan və onun kimilərə vurduğu dəmir yumruq hiss olunurdu.

Birinci, Robert seçkiqabağı kampaniyanı Rusiyanın Birinci kanalına müsahibə ilə başladı. Müsahibənin efirə verilməməsi üçün Paşinyan komandası kanalın rəhbərliyi ilə əlaqə saxlayıb, lakin məqsədinə çatmayıb.

İkinci, Köçəryan Türkiyəni Ermənistan üçün “bir nömrəli təhdid” adlandırıb, bildirib ki, sərhədlər açılsa, Ermənistan Acarıstanın gününə düşəcək, Ankaranın ciddi iqtisadi ekspansiyası ilə qarşılaşacaq.

Üçüncü, revanş haqda suala cavab verən Köçəryan dağılmış erməni ordusu ilə yeni müharibənin qeyri-mümkün olacağını qeyd edib.

Dördüncü, Qarabağın gələcəyi haqqında danışarkən keçmiş DQMV-nin ərazisinin danışıqlar yolu ilə bərpa ediləcəyinə ümid etdiyini bildirib.

Beşinci, müharibənin başlamasında Nikolu günahlandırıb. Madrid prinsipini öz istəyi kimi şərh edərək, vaxtilə ətraf rayonları Dağlıq Qarabağın statusu müqabilində qaytarmağa hazır olduğunu qeyd edib”.

Zaur Məmmədov qeyd edib ki, rus mediasının Köçəryanın Moskvaya səfərini diqqətdə saxlaması seçkilərin gərgin keçəcəyindən xəbər verir:

“Beləliklə, seçkiqabağı kampaniyasının ilk müsahibəsində Robert Putinin xoşuna gəlməyə çalışıb, Dağlıq Qarabağın statusundan, revanşdan danışmayıb. O, həm də Azərbaycanın ortaya qoyduğu reallıq qarşısında baş əyib. Müharibəyə qədər sinəsinə döyən və özündən razı şəkildə Qarabağdan danışan Köçəryan bu dəfə “quzu”ya dönüb “mənəmmənəm” deyə bilmədi.

Rus mediasının Köçəryanın Moskvaya səfərini diqqətdə saxlaması seçkilərin gərgin keçəcəyindən xəbər verir. Çox güman ki, Moskvada baş tutan yüksək səviyyəli görüşdə Köçəryan Ermənistanın gələcəyi ilə bağlı çərçivəyə salınıb. Aprelin 7-də Paşinyanın Moskvada Putinlə görüşü, yəqin ki, onun taleyini həll edəcək.

O ki qaldı Poznerə, proqramın əvvəlində onun Köçəryanı “Dağlıq Qarabağın birinci prezidenti” adlandırması və bunun efirə verilməsi kanala müsbət heç nə vəd etmir”.

Müəllif: Mənsur Rəğbətoğlu

Share: