Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı Moskvaya çağırıblar.
Bu haqda Ermənistanda nəşr olunan “Past” qəzeti Rusiya XİN-ə yaxın mənbələrə istinad edərək bildirir.
İddia edilir ki, Moskvada Ermənistan-Rusiya əlaqələrinin çoxyönlü möhkəmləndirilməsinə, bu münasibətlərə yeni impuls verilməsinə dair prinsipial qərar qəbul edilib. Səbəb isə regionda Türkiyə və Azərbaycanın artan nüfuzudur, bildirilir ki, Moskva bu iki müttəfiq ölkənin artan təsirlərinə qarşı balans yaratmaq istəyir.
“Xüsusən də hakim “Vahid Rusiya” partiyası “Ermənistan” blokunun lideri Robert Köçəryana siyasi məsləhətləşmələr aparmaq üçün dəvət göndərib, onu Moskvaya çağırıb. Mənbə bildirir ki, Köçəryan bu səfər zamanı partiya rəhbərliyi ilə görüşəcək, regionda hadisələrin mümkün inkişafını müzakirə edəcək”,-məlumatda deyilir.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkilərində Moskva tərəfindən Köçəryanın blokuna edilən stavka özünü doğrultmayıb, Paşinyanın partiyası qalib gəlib və indi Köçəryan əsas parlament müxalifətinin başçısı statusundadır. Moskva yaranmış vəziyyətdə Paşinyanla işləməyə məcbur olub, amma gələcəkdə Ermənistanda özünə tam sadiq qüvvələrin hakimiyyətini formalaşdırmaq planlarını da hər halda rəfə atmayıb…
Müstəqil.Az