Köçəryanın təklifi: Bakı ilə münasibətlər qurula bilərmi? – Video

Köçəryanın təklifi: Bakı ilə münasibətlər qurula bilərmi? – Video

Ermənistanla Azərbaycan arasında hazırda hər hansı bir diplomatik münasibətlərin qurulması mümkün deyil.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan parlamentinin hakim Mənim Addımım Blokundan olan deputatı Andranik Köçəryanın İrəvanın rəsmi Bakı ilə diplomatik münasibətlər qurmalı olduğu haqda təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, indiki mərhələdə nə ermənilər, nə də Azərbaycan xalqı iki ölkənin diplomatik münasibətlər qurmasına hazırdır:

“Məsələ ondadır ki, Azərbaycan işğal altında olan torpaqlarını müharibə yolu ilə geri qaytarıb. Bu reallıqlar altında rəsmi İrəvanın belə bir fikir irəli sürməsi, sadəcə, bu ölkənin yanaşmasıdır və prosesə dayaz yanaşmanın nəticəsidir.

Müharibə yenicə bitib, hər iki tərəfin itkiləri var. Müharibədən yenicə çıxan xalq isə istər-istəməz qəzəbli və emosional olur. Digər tərəfdən, hər hansı bir deputatın belə təşəbbüs irəli sürməsi heç də bütün xalqın istəyi demək deyil. Ümumiyyətlə, dövlət xalqın iradəsini təmsil edir. İndiki halda isə nə Azərbaycan, nə erməni xalqı iki ölkənin diplomatik münasibətlər qurmasını istəyir. Ümumiyyətlə, bu prosesin baş verməsi üçün onilliklər lazımdır”.

Müstəqil.Az

Share: