Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, “Daşnaksütyun” və “Dirçəlməkdə olan Ermənistan” partiyalarının rəhbərləri seçkiqabağı blokun yaradılması haqda memorandum imzalayıblar.
Müstəqil.Az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Blokun təqdimatı Yerevanda Koçaryana qoşulan siyasi qüvvələrin mitinqində olub.
Seçkiqabağı blok “Ermənistan” adını alıb. Onun iyun ayında keçiriləcək parlament seçkilərində iştirak edəcəyi güman olunur.
Xatırladaq ki, “Daşnaksütyun” partiyasının rəhbəri siyasətçi İşxan Sağatelyandır, “Dirçəlməkdə olan Ermənistan”a isə Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyan başçılıq edir.
Müstəqil.Az