“Kölə İzaura” serialında Roza obrazı ilə məşhurlaşan braziliyalı aktrisa Lea Qarsiya 91 yaşında ürək tutmasından vəfat edib.
O, ölkənin ən məşhur şəxsi kimi mükafat almalı olduğu Rio Qrande-du-Sul əyalətinin Qramado şəhərində keçirilən Braziliya film festivalına gəlib.
Məlumata görə, Qarsiya qəfil özünü pis hiss edib və həkimlər onu xilas edə bilməyiblər.
Qadının ölüm xəbərini oğlu Marselo Qarsiya elan edib. Aktrisa ölümündən sonra mükafata layiq görüləcək.
Qeyd edək ki, Lea Qarsiya 11 yaşından filmlərdə rol alıb, “Kölə İzaura” və “Klon” serialındakı rolları ilə tanınıb, kino və teatrda 100-dən çox əsərdə yer alıb.
Mənbə: news.ru