Kolumbiyanın Huila departamentində naməlum şəxslər polis maşınının yoluna bomba yerləşdiriblər.
Partlayış nəticəsində səkkiz hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Bu barədə ölkənin Prezidenti Qustavo Petro “Twitter” hesabında yazıb.
O, insidenti Kolumbiyada sülhün bərqərar edilməsi işinin “açıq-aşkar təxribatı” adlandırıb.
Bundan əvvəl Petro ölkədə fəaliyyət göstərən bütün silahlı qrupları zorakılıqdan əl çəkməyə və hökumətlə dialoqa başlamağa çağırıb.