Kolumbiyanın Medellin şəhərində təyyarə qəzası baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaşayış məntəqəsinin üzərinə düşən kiçik təyyarədə ikisi pilot olmaqla 8 nəfər ölüb.
Rəsmilər təyyarənin ərazidəki ən azı bir binaya çırpıldığını bildirib. Sosial mediada paylaşılan görüntülərdə binalar arasında tüstünün yüksəldiyi görünür.
Dağlıq bölgədə yerləşən Medellində tez-tez təyyarə qəzaları baş verir.
Qeyd edək ki, Braziliyanın Böyük Futbol Liqasının komandalarından olan “Şapekoense”nin futbolçularını və texniki heyətini daşıyan təyyarə 2016-cı il noyabrın 29-da Kolumbiyanın Medellin şəhərində dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarədə olan 77 nəfərdən 71-i həlak olub.