Kolumbun Amerikanın “kəşfindən” bəhs edən orijinal məktubu hərracda 1,5 milyon ABŞ dollarına satılacaq.
Məlumata görə, sənəd 100 ildən çox İsveçrədə şəxsi kolleksiyalar birində saxlanılıb.
Kolumb məktubunda adaların təbii sərvətlərini və yerli sakinləri “axmaqlar kimi” təsvir edirdi. Lakin tarixçilər bu sənədi “Yeni Dünyanın Avropanın müstəmləkəçiliyi üçün təbliğat” kimi qiymətləndirirlər.
“Kolumbun məktubuna gəlincə, bu, özünü reklam və təbliğat idi – 15-ci əsrin saxta xəbərlərinin nümunəsi”, – deyə Kolumb eksperti əlavə edib.
Mənbə: Ura.ru