Komanda yoldaşı Leroy Sane ilə dalaşan Sadio Mane “Bavariya”nı tərk edə bilər.
Münhen klubunun rəhbərliyi seneqallı futbolçunun davranışından razı deyil. Bu səbəbdən mövsümün sonunda vingerin komandadan göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə ilk oyunundan (0:3) sonra Sadio Mane ilə Leroy Sane arasında mübahisə yaranıb. Seneqal millisinin üzvü komanda yoldaşını yumruqla vurub.
Mənbə: sport-express.com