Kommunal Borcu olanların ölkədən çıxışına qadağan.. – Sərəncam

Özbəkistanda kommunal xidmətlərə görə borcu olan vətəndaşlara bu il mayın 1-dən ölkədən çıxmaq qadağan ediləcək.

Müstəqil.Az xarici mediaya istinada xəbər verir ki, bu barədə ölkə prezidenti Şövkət Mirziyayev sərəncam imzalayıb.

Prezident Baş prokurorluğa, Mərkəzi Banka, “Özbəkistan Hava Yolları”, “Özbəkistan Dəmir Yolları” şirkətlərinə, eləcə də digər əlaqədar qurumlara 2 ay ərzində müvafiq qanunvericlik aktları hazırlamaq tapşırıb.

Qadağa fiziki və hüquqi şəxslərə şamil olunacaq.

Prokurorluq nəzdində yaradılan Məcburi icra bürosu hər ay borcluların siyahısını hazırlayacaq.

Share: