Komor adalarının keçmiş prezidenti Əhməd Abdallah Məhəmməd Sambi dövlətə xəyanətdə ittiham olunaraq bazar ertəsi məhkəmə qarşısına çıxarılıb.
İclasın əvvəlində eks-dövlət başçısı məhkəməyə etiraz etdiyini açıqlayıb. Məhkəmə növbəti prosesləri bir gün təxirə salmaq qərarına gəlib.
2006-cı ilin yazından 2011-ci ilin may ayına qədər prezident vəzifəsini icra edən Əhməd Abdallah Məhəmməd Sambi Körfəz ölkələrindən gələnlərə Komor adaları pasportlarını satmaqla 200 milyon dollarlıq dələduzluqda ittiham olunur. O, 2018-ci ildə saxlanılıb və o vaxtdan bəri istintaq təcridxanasındadır.
Mənbə: TASS