Avropa Liqasında mübarizəni başa vurduqdan sonra yoluna Konfrans Liqasında davam edəcək “Qarabağ”ın qarşılaşa biləcəyi potensial rəqiblərin adlarına aydınlıq gəlib.
UEFA xəbər verir ki, Ağdam klubu Avroliqadan düşən digər yeddi komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş səkkiz komandadan biri ilə mübarizə aparacaq.
Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaq.
Səpələnmişlər:
“Anderlext” (Belçika)
“Bazel” (İsveçrə)
“CFR Kluj” (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)
Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
“Budo Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
“Qarabağ” (Ağdam, Azərbaycan)
“Şerif” (Moldova)
“Trabzonspor” (Türkiyə)