“Fiorentina” “Yuventus”un əvəzinə 2023/24 mövsümündə Konfrans Liqasında çıxış edəcək.
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
“Fiorentina” ötən mövsümü A seriyasını 8-ci yerdə başa vuraraq avrokuboklara vəsiqə qazana bilməyib. Lakin 7-ci pillənin sahibi “Yuventus”un maliyyə pozuntuları səbəbindən qitəmiqyaslı yarışlardan kənarlaşdırılması İtaliyadan son vəsiqənin Florensiya təmsilçisinə nəsib olması ilə nəticələnib.
2022/23 mövsümündə “Fiorentina” Konfrans Liqasında çıxış edib və finala yüksəlib. Komanda həlledici matçda İngiltərənin “Vest Hem” klubuna məğlub olub.