Konqo Demokratik Respublikasının cənub-şərqində toy mərasimindən qayıdan şəxslər qəzaya düşüb.
xəbər verir ki, bu barədə “Actualite” xəbər portalı məlumat yayıb.
Haut-Katanqa əyalətində baş verən qəzada mikroavtobus və yük maşını toqquşub.
Qəzada 18 nəfər həlak olub, altı nəfər yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, yük maşınının sürücüsü magistral yolda sürət həddini aşıb.