Konsulluq şəhid və qazi övladlarının Türkiyəyə səfərini təşkil edəcək

Konsulluq şəhid və qazi övladlarının Türkiyəyə səfərini təşkil edəcək

Konsulluq şəhid və qazi övladlarının Türkiyəyə səfərini təşkil edəcək

“Yaxın günlərdə naxçıvanlı şəhidlərimizin, qazilərimizin övladlarını Türkiyəyə aparmağı, xüsusən də İğdır şəhəri ilə yaxından tanış etməyi düşünürük”.

-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Türkiyə Naxçıvan Muxtar Respublikasındakı Baş Konsul Asip Kaya deyib. O, Naxçıvanda təşkil olunan tədbiri yüksək qiymətləndirdiyini deyib: “Biz də qardaş Türkiyə Respublikasından gələn qruplarla, xüsusən də folklor qrupları ilə festivalda iştirak etdik. Həqiqətən də böyük marağın və tamaşaçı sıxlığının olduğunu gördük. Bu gün həm də Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda, Türkiyənin Qızıl Ay dərnəyinin gətirdiyi müxtəlif hədiyyələri və sovqatları muxtar respublikanın şəhid və qazi övladlarına təqdim etdik. Naxçıvanda yeni il böyük coşğu və maraqla qarşılanır. Biz də əlimizdən gəldiyi qədər buna dəstək olmağa çalışırıq”.

Share: