“Dayaq” Sosial Maarifləndirmə İB-i avqustun 15-də Binəqədi Gənclər Evinin akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüllü sosial xidmətçilik” layihəsinin yekun hesabat tədbirini həyata keçirib.
“Dayaq” Sosial Maarifləndirmə İB-in sədri, eyni zamanda layihə rəhbəri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Presedent vəkil bürosunun vəkili və rəhbəri, Mediyasiya təşkilatının mediyatoru Zülfiyyə Həşimova, Binəqədi Gənclər Evin direktoru Günel Həsənova, Binəqədi Gənclər evinin tələbəsi, könüllü iştirakçı Aytən Mahmudova iştirak edib.
“Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri, Hicran Əliməmmədova tədbir iştirakçılarını təşkilat adından salamlayıb. Həyata keçirdikləri layihənin nəticələri haqqında məlumat verib. Bakı şəhəri Yasamal və Binəqədi rayonlarında gəncləri qayğıya xüsusi ehtiyacı olan insanların problemləri öyrənilib, problemlərin həlli istiqamətində düzgün şəkildə yönləndirilib. İB-in sədri layihə haqqında məlumat verib. Layihənin həyata keçirilməsinin əsas məqsədi, bu sahədə könüllü olaraq fəal iştirak etmək istəyən tələbələri geniş məlumatlandırıb. Gənclər könüllü olaraq daha geniş miqyasda təbliğ, təşfiq olaraq təbliğatını aparmaq, gənclər cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdən ibarətdir.
Tədbirin gedişatında Binəqədi Gənclər Evin direktoru Günel Həsənova mövzu ilə bağlı gənclərə bildirib ki, bu sahədə könüllü olaraq fəaliyyətə başlamaq istəyən gəncləri marifləndirib, siz könüllü olaraq həm əsaslı dəyişiklikləri gətirib çıxaran vacib məsələlərə və karyeranızı inkişaf etdirmək üçün vacib olan bilik və bacarıqlarınızı artıraraq öyrənirsiniz. Könüllülük layihəsinə qoşularaq uyğun məlumatı aşkara çıxardaraq ədalətli insan hüquqlarının təmin olunmasına dəstək göstərə bilərlər. Tədbirin sonunda tələbələri maraqlandıran sualları cavablandırılıb, gənclərə sosial-iqtisadi problemlərinin öyrənilməsi üçün sorğular keçirilib, layihənin icrası və görüləcək fəaliyyətlərlə bağlı daha da geniş insan kütləsinin məlumatlanması üçün tədbirlərin həyata keçirildiyi regionlarda yaşayan tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları paylanılıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dayaq” Sosial Maarifləndirmə İB-i tərəfindən həyata keçiriləcək “Könüllü Sosial Xidmətçilik” layihəsinin icrası 3 ay müddətində Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarında həyata keçirilib.