DGTYB Məsləhət Şurasının başqanı, ATATÜRK Mərkəzinin şöbə müdiri, şair, publisist Əkbər Qoşalını ad günü münasibətilə təbrik edir,ömrünün baharında ona yaradıcılıq uğurları arzulayırıq!
Müstəqil.Az şair,publisist Əkbər Qoşalının şeirlərini təqdim edir:
Yağışlar, yağışlar yağırdı nazla,
Çiçəklər, çiçəklər sığallanırdı;
Nə gözəl, nə gözəl əsirdi yellər,
Göllər beşiyində yırğalanırdı…
Quşlar yeni yeni cəh-cəh vururdu,
Ovlaqlar, yaylaqlar yoxuydu hələ;
Çay öz yatağıyla tanış olurdu,
Ah, dünya qalaydı… – qalmazdı belə…
Dərələr-təpələr şəkillənirdi,
Yer yerə bərkiyir, göy çəkilirdi…
Hər yer təptəzəydi, hər şey yepyeni,
Buludlar, buludlar nəsə deyirdi…
İlk kişi – ilk qadın gəldi göz-gözə, –
Şimşəklər, şimşəklər belə yarandı…
İlk dəfə uzandı əllər əllərə,
Barmaqlar toxundu, Ay paralandı…
Dünən