
Berinq boğazında fırtına zamanı Koreya bayraqlı “SM Portland” gəmisindən 115 konteyner dənizə düşüb.
Müstəqil.Az “Seanews.az”-a istinadən xəbər verir ki, 2009-cu ildə inşa edilmiş “SM Line” xətti gəmiçilik şirkətinə məxsus 4228 TEU-luq konteynerdaşıyan gəmi fevralın 27-də Busandan Vankuverə yola düşüb. Fırtınalı şəraitdə güclü zərbə yükün bir hissəsinin itirilməsi ilə nəticələnib.
Konteyner gəmisi hazırda Kanadaya gedir və orada zədələrə görə yoxlanılacaq.
Müstəqil.Az