Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Koreya Respublikası, ABŞ və Yaponiya B-52H bombardmançı təyyarəsinin iştirakı ilə Koreya yarımadası regionunda ilk üçtərəfli hava təlimini keçirib.
Təlimlər yarımadanın cənubunda Koreya Respublikası və Yaponiyanın hava hücumundan müdafiə identifikasiya zonalarının kəsişdiyi ərazidə baş tutub. Manevrlərdə Yaponiya və Cənubi Koreya qırıcıları, nüvə silahı daşıya bilən B-52H bombardmançı təyyarəsi (ABŞ) iştirak edib.
Xatırladaq ki, oktyabrın 17-də B-52 bombardmançı təyyarəsi ilk dəfə Cənubi Koreyaya eniş edib.
Mənbə: TASS