Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 simptomu olan şəxslərin 10 gün müddətinə təcrid edilməsini tövsiyə edir.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ÜST-nin koronavirus üzrə proqramının aparıcı mütəxəssisi Canet Diaz açıqlayıb.
“ÜST koronavirus simptomu olan şəxslərin 10, koronavirusu simptomsuz keçirənlərin isə 5 günlük təcrid edilməsini tövsiyə edir”, – deyə Diaz brifinqdə çıxışı zamanı qeyd edib.