Koronavirusa görə Yaponiya prefekturalarında ən yüksək təhlükə səviyyəsi elan edildi

Yaponiyanın ən böyük aqlomerasiyalarından biri olan Osakada koronavirus səbəbilə ən yüksək təhlükə səviyyəsi elan edilib. Prefekturada gündəlik yoluxma halları rekord həddə – 25 762 nəfərə çatıb. Bir gün əvvəl bu göstərici 196 500 idi.

Bu səbəbdən təhlükə səviyyəsi apreldən bəri ilk dəfə “sarı”dan “qırmızı”ya doğru qaldırılıb.

Ümumiyyətlə, ölkənin 47 prefekturasının 14-də rekord sayda gündəlik yeni yoluxma qeydə alınıb.

Pandemiya başlayandan bəri Yaponiyada 11,7 milyon insan koronavirusa yoluxub, onlardan 32 mini vəfat edib.

Mənbə: The Japan Times

Share: