Koronavirusa yoluxan Suriya Prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsədin vəziyyətində narahatlıq doğuracaq məqam yoxdur.
Bu barədə RT məlumat yayıb. Suriya prezidentinin mətbuat xidmətindən bildirilib ki, dövlət başçısı və həyat yoldaşının xəstəliyə yoluxmasının aşkarlanmasından doqquz gün keçib və bu müddət ərzində onların sağlamlıq göstəriciləri getdikcə normal vəziyyətə qayıtmağa başlayıb.
Müstəqil.Az