Azərbaycan Respublikasında koronavirus infeksiyasından 355 nəfər müalicə olunaraq sağalıb, 153 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 230 min 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 223 min 315 nəfər müalicə olunaraq sağalıb, 3132 nəfər vəfat edib. Aktiv xəstə sayı 3772 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 408 min 50 test aparılıb. Bugünkü test sayı isə 6330-dur.