Britaniyalı alimlər COVID-19 infeksiyasının qarşısını almaq üçün istifadə edilə bilən burun spreyi hazırlayıblar.
Müstəqil.az xarici mediaya istinadla xəbər verir ki, alimlərin fikrincə, yenilik ən azı 48 saat qoruyucu təsir göstərir və kütləvi istehsal və satışların başlaması bu yaya planlaşdırılır.
Ən əsası dərman resept olmadan satışa təqdim ediləcək.
Spreyi koronavirus infeksiyasının yayılmasının qarşısını almağa ümid edən Birmingham Universitetinin mütəxəssisləri hazırlayıb.
Alimlərin sözlərinə görə, qoruyucu bir təbəqə yaradan spreyin aktiv elementləri virusu burun boşluğunda tuta bilir.
Nəticədə, virusun daha da inkişafının və COVID-19 ilə yoluxmanın qarşısı alına bilər.
İstehsalçı iki gün qorunma təmin edir, dərman insanlar üçün tamamilə təhlükəsizdir, çünki onun komponentləri tibbdə istifadə üçün təsdiq edilmişdir.
Ekspertlər vasitənin ilk növbədə təhsil müəssisələrinin tələbələri tərəfindən istifadə olunmasını təklif edilər.
Nəticədə distant təhsildən imtina etmək və məktəblərdə dərsləri bərpa etmək mümkün olacaq. /Lent.az/