Boston Universitetinin Yoluxucu Xəstəliklər Milli Laboratoriyasının (NIEDL) alimləri “Signify” şirkəti ilə birlikdə koronavirus infeksiyasının 25 saniyədə məhv edilməsinin üsulunu tapıblar.
Bu barədə “Rossiyskaya qazeta” xəbər yayıb.
Məlum olub ki, xüsusi lampaların ultrabənövşəyi şüalanması SARS-CoV-2-ni inaktivasiya edir. Eksperiment zamanı mütəxəssislər virusla çirklənmiş materialı lampalardan yayılan müxtəlif dozalarda ultrabənövşəyi radiasiya ilə şüalandırıblar.
Nəticədə, bir kvadrat santimetr üçün 5 meqacoul dozanın altı saniyədə koronavirusu 99 faiz azaltdığı ortaya çıxıb. Bir kvadrat santimetr çirkləndirilmiş yer 22 meqocoula məruz qaldıqda isə virus 25 saniyədə, demək olar ki, tamamilə məhv olub.