Koronavirusun vətəni Hindistan imiş?

Koronavirusun vətəni Hindistan imiş?

Çinli tədqiqatçılar yeni növ koronavirusun Hindistan və ya Pakistandan qaynaqlandığı ilə bağlı versiyasını təqdim ediblər.

Bu barədə “Daily Mail” məlumat verir.

Bildirilir ki, alimlər virusun 2019-cu ildə istilər və quraqlıq şəraitində heyvandan insana keçə biləcəyini istisna etmirlər.

Qlazqodan olan alimlər isə çinli həmkarlarının məlumatlarını təkzib edirlər. Onların fikrincə, müəlliflər Çində açıq şəkildə görünən və virusun oradan yayılmasını göstərən mövcud epidemioloji məlumatları görməməzlikdən gəliblər.(oxu.az)

Share: