Koronavirusun yeni naməlum mutasiyası aşkarlandı

Koronavirusun yeni naməlum mutasiyası aşkarlandı

ABŞ-ın Kaliforniya ştatında alimlər koronavirusun naməlum mutasiyasının aşkar edilməsi haqqında bildiriblər.

Bu barədə “Report” “The New York Times” qəzetinə istinadən xəbər verir.

Mütəxəssislər koronavirusun Britaniya variantı nümunələrinin axtarışlarının gedişatında COVID-19-un yeni ştammını aşkar ediblər. Nəticədə infeksiyanın Kaliforniya növü məlum olub.

Hazırda mutasiyanın koronavirusun başqa variantları ilə müqayisədə daha çox öldürücü olmasına dair sübut yoxdur. Həmçinin CAL.20C mutasiyasının nə qədər yoluxucu olması barədə məlumat verilmir.

 

Share: