Kosmosda nüvə partlayışı bütün peykləri məhv edə bilər

Kosmosda nüvə partlayışı bütün peykləri məhv edə bilər

Kosmosda nüvə partlayışı bütün peykləri məhv edə bilər

ABŞ dövlət katibi Antoni Blinken Münhen Təhlükəsizlik Konfransında Çin və Hindistanın xarici işlər nazirlərindən xahiş edib ki, Rusiya prezidenti Vladimir Putini kosmosda nüvə silahı yerləşdirmək planlarından çəkindirsinlər.

xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, Blinken bildirib ki, Çin liderləri Si Cinpin və Hindistanın baş naziri Narenda Modi Rusiya prezidenti Putini “fəlakətə çevrilə biləcək şeylərdən” çəkindirməlidirlər.

Mənbələr qeyd edib ki, həmkarları ilə söhbətində Blinken əlavə edib ki, kosmosda baş verən nüvə partlayışı təkcə ABŞ-ın deyil, Hindistan və Çinin peyklərini də sıradan çıxara bilər.

Share: