“Kosovo ordusu gecə yarısı hücum etməyi planlaşdırır” — Serbiya Prezidenti

Kosovo ordusu gecə yarısı Serbiyanın şimalına hücum etməyi planlaşdırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Düşünürəm ki, biz indiki qədər çətin və ağır vəziyyətdə olmamışıq. Bunu niyə dedim? Priştina rejimi özünü qurban kimi təqdim edərək dünyadakı əhval-ruhiyyədən istifadə etməyə çalışır”, – deyə Serbiya Prezidenti bildirib.

Bundan əvvəl Kosovo və Serbiya sərhədində atəş və hava hücumlarının eşidildiyi bildirilib.

Qeyd edək ki, yerli vaxtla saat 18:00-dan sonra şəhərdə hava hücumu sirenləri səslənib, serblər Kosovonun şimalında barrikadalar qurur, yollar bağlanıb.


Share: