Qondarma Kosovonun polisi inzibati sərhəddəki Bonye kəndində serblərə atəş açıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Kosovo-Mitrovitsk dairəsinə daxil olan Zubin-Potok bələdiyyəsinin sədri Srdjan Vuloviç məlumat verib.
Onun sözlərinə görə, yerli vaxtla saat 19:00 radələrinə Banye kəndində atəş səsləri eşidilib. O bildirib ki, atəşi Kosovo polisi açıb: “Onlar sadəcə bizə olan nifrətini gizlədə bilmirlər”.
Vuloviç heç kimin xəsarət almadığını əlavə edib.
“Düşünürəm ki, böhranın siyasi həlli – yeganə real şeydir”, – agentliyin həmsöhbəti deyib.
Qeyd edək ki, bu günlərdə regionda vəziyyət pisləşib. Serbiya icmalarında yerli Kosovo hökumətinin avqustun 1-dən serb nömrələri və müvafiq serb sənədləri olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulması barədə qərarına etiraz əlaməti olaraq yolları bağlamağa və barrikadalar qurmağa başlayıblar. Buna görə Serbiya-Kosovo inzibati sərhədində bir neçə buraxılış məntəqəsini müvəqqəti olaraq bağlamaq lazım olub.