Kövrək nəğməli, nərgiz ətirli Əzizə Agahüseynqızının poeziyası …

Kövrək nəğməli, nərgiz ətirli Əzizə Agahüseynqızının poeziyası …

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,”Qızıl Qələm “Media mükafatı Laureatı ,”Aşıq Pəri”, “Məhsəti”, “Dirili Qurbani”ədəbi məclislərinin fəal iştirakçısı , dövrü mətbuatda,müxtəlif almanaxlarda :”Ulduz”, “Azərbaycan”, Körpü”, Literatura Azerbaycana “ və sairə jurnal və qəzetlərdə müxtəlif almanaxlarda vətənə,torpağa, ana təbiətə şeir- sənət çələngi toxuyan şairə Əzizə xanımın poeziya dünyamızda öz dəsti xətti vardır. Ədəbiyyatımıza “Ürəyin qəm adası”, “Payız yağışı”, “Bir yarpaq ağlayır payızın üstə”, ”Sözə gəldim“,(44 müharibəyə həsr olunmuş 5 kitabı haliyyədə əşiriyyatdadır) və sairə kitabları bəxş edən Əzizə Ağahüseyn qızı qələmi ilhamını bahar təbiətinin laləli, nərgizli yamaçlarından,vətənimizin axarlı –baxarlı bulaqlarından, yurdumuzun əsrarəngsiz təbiətindən alır, O, həmçinin vətən nisgilliklərinə gözyaşı tökən, xalqımızın 200 illik əsarətinə son qoyan ordumuzun Qarabağ zəfərini alqışlayır,şəhidlərimizə bir Vətən qızı kimi ağı deyir,qazilərimizin qəhrəmanlıq salnaməsini şeirləri ilə əbədiləşdirir.Sirrli- soraqlı dünyanı qələmlə döyüşə səsləyən nəğməli şairə sözə böyük məna dəyəri verir:-

Başıma dolanım pərvanə kimi,
Ağlımı başımda alırsan ay söz.
Sinəmdə çırpınan odlu qəlbimi
Alıb əllərimdən çalırsan ay söz.

Şairə sözü dəyərini qiymətləndirərək şair sözü həyatda iz salan,tanrı dərgahından ruha qovuşan, sinəyə çırpınan dalğa, qeybdən ruha qonan nəğmə, çiyinə qonan ilham mələyi adlandırır.
Bir anda ruhumu uçurub göyə,
Hecalar ,misralar söz yeye -yeyə,
Bu fani dünyada yaşayıım deyə,
Mənimlə başbaşa qalırsan ay söz.
Gəlimli-gedimli,ölümlü –itimli ,sirrli- soraqlı dünya şairəni çox düşündürür.Onun “Gəl mənimlə nərd oynayaq ay dünya”, “Dünya nədən narazısan”,”Dünya”, “Dünya səndən niyə küsüm”,“Görəsən dünyanın harasındayam”,“ A dünya”,İstərəm” və sairə şeirlərində şairin təfəkkür duyğuları və sirrli dünya üz –üzə dayanır. Öz məhvəlində fırlanan dünyaya : …Ayaq saxla,dincini al,nəfəs dər,
Gəl səninlə nərd oynayaq ay dünya!”- deyir. Əzizə xanım dünyanı sorğu suala tutur,Dədə Qorqudu,Alp Ər Tonqanı, Göytürkü, Aşinanı,Atillanı bir sözlə bəşər övladını ələyindən ələyən dünyanın ölüm kabusundan qorxmayan Dəli Domrulun,Qacaq Kərəmin varisi kimi mübarizə aparır onun qabağından qaçmayacağını,əl açmayacağını, hətta bu oyunda onu udacağını əminliklə deyir: Dirəşmişəm,qorxum yoxdur ölümdən,

Bir söz dedim yaman tutdumdilimdən,
Şeir yazdım,budur gələn əlimdən,
Gəl səninlə nərd oynayaq ay, dünya!-

deyən Şairənin silahı sözdür, düşünən, duyan ürəyidir, həyatı dərk edən təfəkkürdür. Türk dünyasının qəhrəmanlarını udan dünyan onun əzizlərini də aparmışdır. Şairə İttiham kürsüsündə oturtduğu dünyadan onları da soruşur:
…Sən əslimi, sən kökümü apardın,
Qəflə-qatar duz yükümü apardın,
Sən babamı,sən nənəmi apardın,
Gəl səninlə nərd oynayaq a dünya.-

Bir yandan boşalan,bir yandan dolan
İnsanın olum və ölüm sirrini heç kimə verməyən dünyanı sanki bəd əməllərdən çəkindirmək istəyir. Nərddə onu udmaqla bəşəriyyət üçün ölümsüz bir dünya yaradacağına oxucuda inam yaratmağa çalışır və söz mülkünə,ləl xəzinəsinə iz qoyduğu üçün dünyanın onu yaşadacağını elə dünyanın özünə cəsarətlə deyir :
Bax sinəmdə nəğmə dolu ürək var,
Hey çağlayan coşub daşan dilək var,
Şeirimdə bir sehirli lələk var,
Yaşadacaq min illərlə sinəndə…- deyən bu dünya ilə nərd oynayan şairənin dünyaya mənən qələbəsidir. Onun “Dünya nədən narazısan”,”Dünya”, “Dünya səndən niyə küsüm”, “Görəsən dünyanın harasındayam”, “ A dünya”şeirləri də mövzu və məzmun baxımından təxminən bu səpkidədir.Xaqanları udan,daima şeş atan,fil gözünə dağ görünən,yerə göyə sahib olan,qocanı, cavanı aparan yas və toy mağarları qurduran dünyanın insanlardan narazı səbəblərin öyrənməyə çalışır.Düşünür və öz oxucusunu da düşündurur…
…Yer səndədir,goy səndədir,
Bu yıxılan oy səndədir.
Yas səndədir,toy səndədir.
Dünya nədən narazısan?- oxucu şairəmizin fəlsəfi fikirlərinin ilk cığırnı görür,duyur ,düşünür…Demək hər bir insan gğrdüyü xeyrül-əməl işlərlə bu dünyada iz qoyub köç karvanına qoşulmalıdır.
Vətənpərvərlik ,torpağabağlılıq,yurd sevgisi,Əzizə xanımın poeziyasının ana xəttidir.”Dərdi məni yandır”, “Vətən havası”, “Əsgər oğluma “, Sən çıxıb gedəndə” “Vətən”, “Vətən gülü”, “Mən necə unudum Xocalı dərdin”, “Qərənfil
3.
şəhidə laylalar deyir”,”İstərəm” “Şəhidlər “və sairə şeirlərində vətən sevgisi,yurda bağlılıq, şəhid qanlı torpağımızın müqəddəsliyi,Vətənin Qarabağ həsrəti ,üçrəngli bayrağımızın Qarabağda dalğalanmaq arzusu şairənin poetik dünyasının mənəvi
zənginliklərlə dolu söz xəzinəsi,haqq səsi,harayıdir.“Qərənfil şəhidə laylalar deyir”şeirində rus despotlarının qanlı 20Yanvar gecəsində törətdikləri qətliyamı ,misli olmayan vəhşilik, “Parçala və hökm sür” müstəmləkəçilik siyasətinin yenə də saxlamaq niyətləri üçün yüzlərlə Azərbaycan xalqını qətlə yetirilmiş, yaşlı, cavan, qoca, körpələri ağır çaplı güllələrlə güllə- boran etmişdir . Dinc və əliyalın xalqa, yaşayış evlərinə ölüm hökmü vermişdir Körpə- milliyətcə rus olan Larisa da bu vəhşiliyin qurbanı olmuşdur;
Ötür qara gecə,geç sökülür dan,
Larisa adında qız sorağıyla ,
Axır puçur -puçur yaş yanağından,
Qərənfil şəhidə laylalar deyir-

Zülmü ərşə dayanan bu gecənin ağır dərdinə, vaxtə ilə sevgi gülü kimi tanınan, aşiqlər əlidə sevgi gülü kimi gəzən qərənfilbu gün şəhid məzarlarına döşənib “ağlayan” güldür.Şairə:-“Düşüb dizi üstə nişalı qız tək
Qərənfil şəhidə laylalar deyir –
Əzizə xanım “Şəhidlər”şeirində 1990-cı ildə Sovet Ordusu tərəfidən Bakıda törədilən qanlı faciənin tarixini, yaşam haqqı alınmış 146 nəfərin ölümünü, 744 nəfər yaralının acı taleyini ,soyuq qış gecəsində tankın,iriçaplı silahların qabağa əliyalın çıxmış xalqın ümumiləşdirilmiş bədii obrazını yaratmışdır:-
Şanlı ölümünüzlə yenidən doğuldunuz,
Siz ey azad diyarın azad qəhrəmanları.
Siz tarixdə bir mayak,yol göstərən oldunuz,
Azərbaycan yurdunun yenilməz ovladları.-

deyən şairə 20 Yanvar şəhidləriin ölümsüzlüyünu,əbədiyaşarlığını, hər il qururla anıldığını poetik tərənnüm etməklə “Şəhidlər ölmür”fikirini oxucusuna aşılaya bilir.
Gör neçə yanvar ötür,”qara yanvar” odundan
Aylar illər od alıb qəlbinizin odundan.
Xiyabanda hey yanan o məşəlin odundan,
Ruhunuz çıraqlanır, işıqlanır, şəhidlər.-təbii ki 20 Yanvar Azərbaycanın azadlığa,müstəqilliyə gedən yolunun qəhrəmanlıq zirvəsidir.Bu zirvədən bugünki müstəqil Azərbaycan, onu şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağı görünür.O bayraq ki otuz il həsrətimiz Füzulidə ,Cəbrayılda,Qubadlıda,Zəngilanda,Ağdamda, Şuşada … dalğalanır.
“General Əlibəy adı ilə tanınan I Qarabağ savaşında şəhid olmuş Əlövsət Qasımova həsr etdiyi “Ürəyimə sığdın” şeirində:-

Həsrətindən mənə də ver bir udum,
Göz yaşımla yanağımı ha yudum,
Vətən dərdi məni üzdü qurudum,
Od içində yanır yurdum Əli bəy!

Şairə cəsarəti və qəhrəmanlığı ilə seçilən Əlövsət Qasımovu alqışlayır ,oğulları yurdun qisasını almağa çağırır.
Belə getməz hər gecənin sonu var,
Hər düyünün bir açılan yönü var,
Müstəqillik şüarı var,donu var,
Qalib gələr Milli ordum ,Əlibəy.
Taleyi düzəlməyən,hələdə düşmən əlində 30 ildən çox əsir yurd kimi qalan, insanları odlara qalanan,çayda boğulan,ölüləri təhqirə məruz qalan, Xocalı haqsizlığına susan dünyanın iç üzünü görən şairə susmur:
Odlara qalandı,yandı yaxıldı,
Guya kağızlarda ona baxıldı.
Qocası, cavanı şişə taxıldı,
Yadımdan çıxmır ki, Xocalı dərdi .
Ailədən gələn mənəvi zənginlik,əxlaqi tərbiyyə insan ömrünün yol yoldaşıdır,Şairənin ana,atasına həsr etdiyi şeirlər böyüdüyü mühütün güzgüsüdür. Onun “Ata həsrəti”, “Salam ata”, “Bir ata itirdim ana əvəzi”,” Anama”, “Ana”,”Qürubda can verdi anam” və sairə onlarla belə şeirləri valideynə övlad sevgisinin tərənnümüdür.
Balaları pöhrələndi böyüdü,
Ünutmadı nəsihəti,öyüdü,
Əyiməzlik onun yeri,göyüdü, Bizim kimi qalası var anamın
Əzizə xanımın yaradıcılığı çoxşaxəlidir.Təbiət aşiqi,gözəllik aşiqi olan şairənin yaradıcılığıda təbiət, xüsusən, payız mövzusu daha zəngindir. ”Payız tablosu”, “Payız çiçəyim”,”Gedək payızı dinləyək”, “Payız yağışı” ,Payız gəlib”,”Payız etüdləri””Bir yarpaq ağlayır payızın üstə”,Damçının pıçıltıları” və sairə onlarla belə təbiət şeirləri var.Son baharın aludəsi olan Əzizə xanım :-
“Payız düşüncələri”şeirində:-
Qoşa doğulub mənimlə
Özümə oxşayan payız,
Ötür önümdə “sarı qız”
Ömrümə salaraq bir iz…

deyir .Payızı “Sarı qız”- adlandıran şairə özünü payız yarpağına,durna lələyinə , ilin üç aylıq qızına –üç ayı payız ömrünə bənzədir.Digər sələflərindən fərqli olaraq, payızı- son bahar deyil ,torpağı bəzəyən sarı yarpaqların yerə saldığı naxış gözəlliyə yeni poetik ad verir onu “sarı qız” adlandırır.
Sarı- sarı tökülürəm,
Yarı- tarı bükülürəm,
Mən içimdən sökülürəm,
Gələn bahar gələnədək. –

“mən içimdən sökülürəm”poetik ifadəsi Əzizənin qələminin məhsuludur Ümumuyyətlə şairənin poetik dünyasında “Qızıl payız gözəlləşər sevənlərin gözündə”, “Qəlbimin quraq yerinə yağmaq”, “Mən bir payız yarpağıyam”, “Mən bir durna lələyiyəm”, “Saçlarımı didən dəli ruzgar”, “Can verdi yarpaqlar”, ”Batma xəzəl dənizinə” “Dərdli sinəm xalvar- xalvar”,”Tanrının göz yaşları,” və sairə poetik təsvir və ifadələr şairənin poeziyasının özünəməxsus poetik məhsullarıdır:-
İnci,mirvari,darıdı,
Göyün yerə ilqarıldı,
Tanrının göz yaşlarıdı,
“Ah”dı payız yağışı.
Təki payız yağışları Tanrının göz yaşları olsun,torpaqlarımıza dinclik,bərəkət gətirsin,mənfur düşmənlərin ayaq izlərini yuyub aparsın ,xalqına,millətinə həsrət qalmış ,şəhid qanı tökülmüş ,müzəffər ordumuz tərəfindən zəfərlə ,qələbə ilə alınan torpaqlarımızda gül,çiçək bitirsin payız yağışları…ay kövrək nəğməli, poeziyası nərgiz ətirli Əzizə xanım!
Yaz vaxtı torpağa düşən dən kimi,
Bağrımın başına düşübdü bu söz.
Ocağı çatılıb,tüstüsü çıxmır,
Qəlbimin odunda bişibdir bu söz…-Uğurlarınız bol,oxucunuz çox olsun,söz şairəsi.

Musayeva Ünbülbanu(Banu) Həsən qızı
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Share: