Kral III Çarlz mərhum anası Kraliça II Yelizavetanın ənənələrini davam etdirir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, kral iyunun 17-də Londonun mərkəzində “Rənglə mübarizə” adlı ad günü paradını keçirəcək.
Kraliça Elizabetin əsl ad günü aprelin 21-i idi, lakin bu, havanın daha yaxş olmasına görə hər il iyun ayında ictimaiyyət qarşısında qeyd olunub. İndi də bu ənənəni oğlu davam etdirir.
Qeyd edək ki, ənənənin 1748-ci ildə Kral II Georginin hakimiyyəti dövründə başladığı güman edilir. II George oktyabrda anadan olsa da, onun da ad gününü havanın yaxşı olduğu aylarda qeyd etdiyi bildirilir.