İngiltərə kralı III Çarlza yumurta atan Patrik Telvellə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniya Krallığının Prokurorluq Xidməti (CPS) məlumat yayıb.
Bildirilib ki, hakim 23 yaşlı Patrikə 12 ay ictimai xidmətə məhkum etməsi barədə qərar verib.
Telvell çıxışında etdiyi hərəkətdən peşman olmadığını açıqlayıb.
Xatırladaq ki, ötən ilin noyabrında Kral Çarlz həyat yoldaşı ilə York şəhərinə ənənəvi mərasim səfəri edərkən, Patrikin yumurta hücumuna məruz qalıblar.