Kraliça II Elizabetin dəfn mərasimi başa çatdı — Video + Yenilənib

Kraliça II Elizabetin dəfn mərasimi başa çatdı — Video + Yenilənib

Londonda Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.

“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, kraliçanın tabutu sentyabrın 14-dən bu yana saxlanıldığı Vestminster sarayından Vestminster abbatlığına aparılır. 

ABŞ Prezidenti Co Baydenin artıq dəfn mərasiminin baş tutacağı məkana çatdığı bildirilir. Bununla yanaşı, tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın keçmiş Baş nazirləri Boris Conson, Tereza Mey, Devid Kemeron, Qordon Braun və digər rəsmi şəxslər də iştirak edir.

***

Kraliça II Elizabetin dəfn mərasimi dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Vindzorda yerləşən Müqəddəs Georgi Kapellasında keçirilən dini mərasim başa çatıb.

Bu axşam kral ailəsi üçün keçiriləcək xüsusi mərasimdən sonra Kraliça Müqəddəs Georgi Kapellasının içərisindəki Kral VI Georgİ Memorial Kapellasında dəfn ediləcək.

Qəbir daşında “II ELIZABET 1926-2022” yazılacaq.

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.


Share: