Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Vestminster abbatlığında keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bukinqem sarayının Tviter səhifəsində məlumat verilib.
Qeyd edək ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın böyük oğlu Böyük Britaniyanın yeni kralı elan edilib.
III Çarlzın noyabrda 74 yaşı tamam olur və Britaniya taxtına çıxan ən yaşlı varisdir.