Rusiyanın Krasnodar şəhər meri Yevgeni Naumov şəhər sakinlərinin ukraynalı müğənni Ani Lorakın aprelin 27-də baş tutmalı olan konsertinin ləğv edilməsinin zəruriliyi ilə bağlı fikrini dəstəkləyib.
Bu barədə şəhər administrasiyasının saytında məlumat verilib.
Qərar müğənninin Rusiya-Ukraynada müharibəsinə münasibəti ilə bağlı qəbul edilib.
Naumovun sözlərinə görə, konsertdən gələn vəsaitin Ukrayna Silahlı Qüvvələrinin dəstəklənməsinə sərf olunmayacağına zəmanət vermək olmaz.
Müğənni bundan əvvəl vətənini necə sevməyi və dəstəkləməyi ona heç kimin diktə etməyə haqqı olmadığını deyib.
“Mən sülhə, razılığa töhfəmi, Ukrayna vətəndaşlarına dəstəyi kameralardan kənarda, lazımlı və layiqli hesab etdiyim şəkildə verirəm. Hamıdan mənimlə razılaşmağı xahiş etmirəm, amma sizdən mənim fikrimə hörmət etməyinizi xahiş edirəm”, – deyə Ani Lorak bildirib.