Kreml alman zabitlərinin Krım körpüsünə hücum hazırlamaqla bağlı söhbətinə münasibət bildirib.
-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, söhbətin məzmunu Ukrayna ətrafındakı münaqişədə Qərbin birbaşa iştirakını vurğulayır.
“Əgər zabitlərin danışdıqları hər şey dövlət siyasətinin tərkib hissəsidirsə, bu, pisdir. Əgər belə deyilsə, onda sual yaranır ki, Bundesver nə dərəcədə hakimiyyət orqanları tərəfindən idarə olunur”, – deyə Kreml rəsmisi qeyd edib.
Peskov Kremlin Almaniya federal kansleri Olaf Şoltsun vəd etdiyi yoxlamanın nəticələrini öyrənməyi gözlədiyini də söyləyib.