Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünün mümkünlüyü barədə danışmaq hələ tezdir.
Bu barədə TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko sülh danışıqlarında irəliləyiş olacağı təqdirdə Rusiya və Ukrayna prezidentlərinin görüşünün mümkünlüyünü istisna etmədiyini bildirmişdi.
Peskov, Kremlin belə bir imkana razılıq verib-verməməsi ilə bağlı suala cavab olaraq, “Bu cür nəticələr çıxarmaq hələ tezdir” deyib.
Müstəqil.Az