Kreml Zelenskinin “Rusiya ilə danışıqlar məsələsi indi aktual deyil” bəyanatına cavab verib

Kreml Zelenskinin “Rusiya ilə danışıqlar məsələsi indi aktual deyil” bəyanatına cavab verib

Kreml Zelenskinin “Rusiya ilə danışıqlar məsələsi indi aktual deyil” bəyanatına cavab verib

Rusiyanın iştirakı olmadan Ukrayna üçün sülh formulunun axtarışı absurd prosesdir.

-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu formulun nəticə potensialı mövcud deyil.

“Onlar Rusiyanın iştirakı olmadan sülh formulunu axtarmağa çalışırlar. Ən azından, bu absurd prosesdir. Əlbəttə ki, bu heç bir nəticə potensialı olmayan bir prosesdir”.

Peskov hazırda Ukrayna üzrə sülh danışıqlarının aparılması üçün heç bir ilkin şərtin, əsasın olmadığını da söyləyib: “Biz həqiqətən də inanırıq ki, danışıqlar mövzusu hazırda aktual deyil və biz dəfələrlə təkrar etmişik ki, bu danışıqlar üçün heç bir əsas, heç bir ilkin şərt yoxdur”, – deyə Kremlin sözçüsü Ukrayna prezident Vladimir Zelenskinin “Rusiya ilə danışıqlar məsələsi indi aktual deyil” bəyanatını şərh edərkən bildirib.

Share: